27 
Okt
2018
22:00
293
41
6702
Virtual karabakh

Ronaldu milliyə qayıdır

27 Okt, 2018
22:00
6702

Ronaldu milliyə qayıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yuventus”un forvardı Kriştianu Ronaldu noyabr ayında keçiriləcək İtaliyaya qarşı görüşdə Portuqaliya yığmasının heyətində yer alacaq.

Bu barədə Oxu.Az “Calciomercato”ya istinadla xəbər verir.

Xatırladaq ki, Ronaldu Portuqaliya millisinin Millətlər Liqasındakı oyunlarını buraxmışdı.

İtaliya ilə qarşılaşma noyabrın 17-də keçiriləcək. Ilk görüş İtaliyada baş tutub və portuqaliyalıların minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda iki turdan sonra Portuqaliya qrupda birinci yerdədir.

Ronaldu həm millinin sıralarında keçirdiyi oyunların sayına (151), həm də vurulan qollara görə (86) liderdir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri