26 
Noy
2018
14:41
36
89
4856
Virtual karabakh

“Qarabağ”da ciddi itki

26 Noy, 2018
14:41
4856

“Qarabağ”da ciddi itki

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanı Avropa Liqasında təmsil edən yeganə klubumuz “Qarabağ” ciddi itki ilə üzləşib. 

Oxu.Az xəbər verir ki, klubun hücumçusu İnosent Emeqara zədələnib.

Tibbi yoxlanışdan sonra forvardda menisk yırtığı aşkar olunub. Emeqara artıq vətəndaşı olduğu İsveçrəyə yollanıb. Futbolçu adıçəkilən ölkədə əməliyyat olunacaq və təxminən 6-8 həftədən sonra fərdi məşqlərə başlaya biləcək.

Qeyd edək ki, İnosent Emeqara zədəsi səbəbindən iki gün əvvəl “Sabah”la Premyer Liqa görüşündə heyətə daxil edilməyib. Bu, o deməkdir ki, Nigeriya əsilli futbolçu noyabrın 29-da Avroliqada Portuqaliyanın “Sportinq” komandasına qarşı oynaya bilməyəcək.

S.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri