27 
Noy
2018
11:43
180
132
42045
Virtual karabakh

Azərbaycanda futbolçular nə qədər qazanır? - RƏQƏMLƏR

27 Noy, 2018
11:43
42045

Azərbaycanda futbolçular nə qədər qazanır? - RƏQƏMLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Premyer Liqasında futbolçuların orta illik əməkhaqqının məbləği açıqlanıb.

Oxu.Az xəbər verir ki, Globalsportssalaries.com saytında futbolçulara ən çox maaş verilən 68 ölkənin statistikası açıqlanıb.

İlk sırada İngiltərə Premyer Liqası gəlir. Burda futbolçular 2 990 726 funt (3 935 197 dollar) qazanır. Sonrakı sıralarda İspaniya, İtaliya, Almaniya, Fransa və Çin çempionatları gəlir. VII yerdə olan Rusiya Premyer Liqasında futbolçuların ortalama illik əməkhaqqı 877 071 dollar təşkil edir. Sonrakı yerdə gələn Türkiyə Super Liqasında bu göstərici 864 053 dollardır.

Azərbaycan isə bu göstəricidə 40-cı yerdə qərarlaşıb. Belə ki, Azərbaycan Premyer Liqasında futbolçuların orta illik maaşı 61 293 dollardır (52 638 avro). Azərbaycan MDB ölkələri arasında isə IV sıradadır. Yalnız Rusiya, Ukrayna və Qazaxıstan Premyer Liqalarında Azərbaycandan çox maaş verirlər. 

Gürcüstan Erovnuli Liqası 15 607 dollarla 50-ci, Ermənistan Premyer Liqası isə 3050 dollarla sondan II pillədədir. Sonuncu sırada isə San Marino Çempionşipidir – 2528 avro (2943 dollar).

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri