20 
Dek
2018
14:00
15
74
3799
Virtual karabakh

Millimizin futbolçusu BƏƏ klubuna keçə bilər

20 Dek, 2018
14:00
3799

Millimizin futbolçusu BƏƏ klubuna keçə bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın “Astana” klubu dağılmaq ərəfəsində olduğundan bu komandanın futbolçularına maraq var.

Oxu.Az xəbər verir ki, Qazaxıstandan olan həmkarımız Yerbol Kairov heyətdəki futbolçulardan kimin hara gedəcəyi ilə bağlı iddiasını ortaya qoyub.

Təbii ki, bizi ən çox maraqlandıran millimizin futbolçusu Riçard Almeydanın durumudur. Onun yeni komandasına adaptasiya ola bilməməsi və noyabrda verdiyi müsahibələrdən birində “Qarabağ”a qayıtmaq istəməsini deməsi ayrılmaq üçün kifayət qədər əsas sayılır.

Həmyerlisi və dostu Reynaldonun “Qarabağ”a qayıtması və Azərbaycandakı həyatın onu qane etməsi Almeydanın bu kluba qayıdışını şərtləndirir. 

Lakin o, BƏƏ-nin “Əl-Cəzirə” klubuna da keçə bilər. Çünki “Qarabağ”dan ayrıldıqdan sonra braziliyalının məhz bu komandaya keçəcəyi deyilirdi. Lakin sonradan futbolçu qərarını “Astana”dan yana vermişdi.

Həmkarımız onu da bildirir ki, Riçardı “Astana”ya gətirmiş baş məşqçi Roman Qriqorçuk kluba qayıtsa, o zaman bu futbolçu komandasında qala bilər.

“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike isə texnikalı və sürətli olduğundan, onun “Qarabağ”a yenidən qayıdışı baş tuta bilər. Ancaq müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsus olması bu kluba qayıdış üçün də bir zəmindir.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri