30 
Yan
2019
01:43
115
60
9722
Virtual karabakh

Nurməhəmmədov: Bütün bunlar bitəndə, məni oyadın

30 Yan, 2019
01:43
9722

Nurməhəmmədov: Bütün bunlar bitəndə, məni oyadın

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UFC çempionu Həbib Nurməhəmmədov ABŞ-ın Nevada ştatının atletika komissiyasının qərarına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, rusiyalı idmançı komissiyanın onu doqquz ay müddətinə yarışlardan kənarlaşdırmaq və 500 min dollar cərimə ödətdirmək qərarına özünün Instaqram səhifəsində yazdığı cümlə ilə reaksiya verib.

“Bütün bunlar bitəndə, məni oyadın”, - deyə Nurməhəmmədov yazıb.

Qeyd edək ki, Nurməhəmmədovun yarışlardan uzaqlaşdırılmasına UFC 229 turniri zamanı irlandiyalı Konor Makqreqor üzərində qələbədən sonra saldığı dava səbəb olub.

Əlavə edək ki, komissiya Makqreqoru da cəzalandırıb. İrlandiyalı idmançı kütləvi davada iştiraka görə altı ay müddətinə yarışlardan kənarlaşdırılıb və 50 min dollar məbləğində cərimələnib.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri