Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nurməhəmmədov yarışlardan kənarlaşdırıldı
ABŞ-ın Nevada ştatının atletika komissiyası UFC çempionu Həbib Nurməhəmmədovu doqquz ay müddətinə diskvalifikasiya edib.
Oxu.Az xəbər verir ki, bu barədə MMA Fighting saytının yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, Nurməhəmmədovun yarışlardan uzaqlaşdırılmasına UFC 229 turniri zamanı irlandiyalı Konor Makqreqor üzərində qələbədən sonra saldığı dava səbəb olub.
Komissiyanın qərarına əsasən, rusiyalı idmançı 500 min dollar cərimə ödəməli olacaq.
Qeyd edək ki, Makqreqor da cəzalandırılıb. İrlandiyalı idmançı kütləvi davada iştiraka görə altı ay müddətinə yarışlardan kənarlaşdırılıb və 50 min dollar məbləğində cərimələnib.
Rəylər