10 
Mar
2019
21:46
221
16
2082
Virtual karabakh

Taekvondo millimiz Hollandiya çempionatında səkkiz medal qazanıb - FOTO

10 Mar, 2019
21:46
2082

Taekvondo millimiz Hollandiya çempionatında səkkiz medal qazanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Taekvondo üzrə böyüklərdən ibarət milli yığma komandamız Hollandiyanın Eyndhoven şəhərində təşkil olunan ənənəvi "Dutch Open" turnirində səkkiz medala sahib olub.

Oxu.Az xəbər verir ki, sayca 46-cı olan G1 kateqoriyalı turnirdə mübarizəyə qoşulan Cavad Ağayev (-63 kq) və Fəridə Əzizova (-67 kq) bütün rəqiblərinə qalib gələrək yarışı qızıl medalla başa vurub. 

Dağıstanlı legionerlərimiz – Həşim Məhəmmədov (-58 kq) və Radik İsayev (+87 kq) isə finalda məğlub olaraq gümüş medalla kifayətlənib.

Digər təmsilçilərimiz – Bəhruz Quluzadə (-54 kq), Məhəmməd Məmmədov (-68 kq), Ramin Əzizov və Payam Qobadi Oğaz (hər ikisi -87 kq) yarımfinala kimi irəliləsə də, həlledici döyüşə vəsiqə qazana bilməyib. Bu dörd idmançımıza bürünc medal verilib.

Beləliklə, Hollandiya açıq çempionatından iki qızıl, iki gümüş və dörd bürünc medal qazanan millimiz Eyndhovendən birbaşa Belçikaya yollanacaq. Komandamız 16 mart tarixində Belçikanın Lomel şəhərində keçiriləcək "Belgian Open" turnirində də qüvvəsini sınayacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri