19 
Mar
2019
15:11
207
23
4891
Virtual karabakh

Azərbaycanlı “Qızıl Qurd” karate üzrə dünya çempionuna qarşı - FOTO

19 Mar, 2019
15:11
4891

Azərbaycanlı “Qızıl Qurd” karate üzrə dünya çempionuna qarşı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanlı dünya çempionu Bəhram Rəcəbzadə kikboksinq üzrə peşəkar rinqdə növbəti döyüşünə çıxacaq.

Oxu.Az-ın xəbərinə görə, “Qızıl Qurd” ləqəbli Rəcəbzadə 95 kq çəki dərəcəsində “X Fight Nights” promouterinin “Legends” (“Əfsanələr”) adlı döyüş gecəsində çıxış edəcək.

Görüş martın 29-da Çexiyanın paytaxtı Praqanın “Kralovka” İdman Zalında baş tutacaq. “Orion” İdman Klubunun döyüşçüsü olan Rəcəbzadənin rəqibi çexiyalı kyokuşin karate üzrə dünya çempionu Yan Soukup olacaq. Döyüş kikboksinqin K1 versiyası üzrə keçiriləcək.

Qeyd edək ki, Bəhram Rəcəbzadə İran azərbaycanlısı olsa da, döyüşlərini tarixi vətəni olan Azərbaycan adından keçirir.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri