20 
Apr
2019
23:20
211
40
6979
Virtual karabakh

“Seltik” Azərbaycan millisinin futbolçusunu almaq istəyir

20 Apr, 2019
23:20
6979

“Seltik” Azərbaycan millisinin futbolçusunu almaq istəyir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ”nin futbolçusu Bəhlul Mustafazadə karyerasını Şotlandiyada davam etdirə bilər.

Daily Record xəbər verir ki, 22 yaşlı mərkəz müdafiəçisini Şotlandiya nəhəngi “Seltik” transfer etmək istəyir.

Bildirilir ki, yayda belçikalı Dedrik Boyata “Herta”ya keçəcəyi, xorvatiyalı Filip Benkoviç isə “Lester”ə qayıdacağı üçün Şotlandiya təmsilçisi yeni müdafiəçi axtarışına çıxıb.

Xəbərdə mövsümün sonunda “Qəbələ” ilə müqaviləsi başa çatacaq Mustafazadənin klubun yay toplanışına dəvət ediləcəyi qeyd olunub. Gənc futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, milli komandamızın üzvü bu mövsüm Azərbaycan Premyer Liqasında iyirmi oyuna çıxıb.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri