13 
May
2019
19:15
228
29
3394
Virtual karabakh

Qran-Prinin ilk azərbaycanlı qalibi: O mənə fənd etməyə imkan vermirdi

13 May, 2019
19:15
3394

Qran-Prinin ilk azərbaycanlı qalibi: O mənə fənd etməyə imkan vermirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Final görüşüm çox çətin keçdi. Amma qalib gəldim. İnşallah, iyul ayında İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatında və gələnilki Paralimpiya Oyunlarında da çempion olaram.

Oxu.Az xəbər verir ki, bunu paracüdo üzrə Bakıda keçirilən Olimpiadaya lisenziya xarakterli Qran Prinin qalibi olmuş Vüqar Şirinli bildirib. Azərbaycana bu turnirdə ilk çempionluğu qazandıran Şirinli finalda rumıniyalı rəqibi ilə çətin görüşündən və cüdo ilə paracüdo arasında çətinlikdən danışıb:

"Rəqibim B1 (görmə qabiliyyəti olmayan – S.M.) idmançısı olduğundan, kimonomdan tuturdu və mənə fənd etməyə imkan vermirdi.

Mən əvvəl cüdoda da çıxış etmişəm. Cüdo ilə paracüdonun fərqləri çoxdur. Paracüdoda görüşə başlayanda rəqib sənin qolundan tutur və fənd etmək imkanın məhdud olur. Halbuki cüdoda tək əllə mübarizəyə başlayırsan. Burda isə iki əllə tutmasan, sənə xəbərdarlıq edilir".

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri