23 
May
2019
13:17
137
39
4382
Virtual karabakh

“Çelsi”nin müdafiəçisi David Luiz Bakı finalı barədə - VİDEO

23 May, 2019
13:17
4382

“Çelsi”nin müdafiəçisi David Luiz Bakı finalı barədə - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı finalına vəsiqə qazanmaq uğrunda “Çelsi” var gücü ilə mübarizə aparıb.

Oxu.Az xəbər verir ki, bunu klubun müdafiəçisi David Luiz bildirib.

“Bakıya vəsiqə qazanmaq üçün var gücümüzlə mübarizə aparırdıq. Bu, bizim başlıca hədəfimiz idi. Bizim böyük klubumuz, bütün dünyada azarkeşlərimiz var. “Çelsi”nin Azərbaycandan olan fanatları finalı canlı izləmək və komandamızı dəstəkləmək imkanı əldə edəcək”, - deyə D.Luiz yazıb.

Futbolçu bildirib ki, çempionluq potensialı həm “Çelsi”, həm də “Arsenal” oyunçuları üçün yaxşı motivasiya mənbəyidir.

“Bir halda ki, böyük klubu təmsil edirsən, təzyiqdən qaçan yerin olmayacaq. “Çelsi” böyük klubdur, üzərində təzyiqlər var. “Arsenal” da böyük klubdur, o da üzərində təzyiqlər hiss edir. Bizim bu titula yiyələnmək şansımız var. Əlbəttə ki, təzyiqdən qaçmaq qeyri-mümkündür. Sənin təzyiqdən xoşun gəlmirsə, böyük klubda oynama”, - deyə o bildirib.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakıda keçiriləcək. Oyun yerli vaxtla 23:00-da start götürəcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri