İyn
2019
23:35
16
432
4821
Virtual karabakh

Millimizin baş məşqçisi: Bir qədər bəxtimiz gətirmədi

8 İyn, 2019
23:35
4821

Millimizin baş məşqçisi: Bir qədər bəxtimiz gətirmədi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Birinci hissədə düşündüklərimizi bəzən gerçəkləşdirə bildik, bəzi məqamlarda isə bunu bacarmadıq. Ancaq ikinci hissədə daha yaxşı oynadıq və bu, nəticədə əksini tapdı.

Oxu.Az xəbər verir ki, bunu futbol üzrə Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

İtalyan məşqçi millimizə 3:1 qalib gəldikləri oyunun son dəqiqələrində texniki zonadan qovulmasına da aydınlıq gətirib:

“Hakimlər də bizi anlamalıdırlar. Bilməlidirlər ki, oyun ərzində məşqçilər təzyiq altında olur. 90 dəqiqə ərzində cəmi iki dəfə texniki zonadan kənara çıxmışdım ki, bu da istəmədən baş vermişdi. Referi niyə belə qərar qəbul etdi, anlamadım. Azərbaycan millisinə gəldikdə, rəqib komandanın üzvləri oyuna yaxşı köklənmişdilər. Hətta onlar birinci hissədə təkbətək mübarizələrdə bizi üstələyir, qalib ayrılırdılar. Ümumi götürdükdə, bu oyunda məqsədimiz üç xal qazanmaq idi və buna nail olduq”.

Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç isə bunları deyib:

“Qələbə münasibəti ilə rəqibi təbrik edir, bu gün bizi dəstəkləmək üçün stadiona gələn azarkeşlərimizə təşəkkür edirəm. İlk 10-15 dəqiqədə həyəcanlı idik. Futbolçularım mübarizə apardılar. Oyunda müsbət məqamlar var idi, topa nəzarət əsasən bizdə idi. Fərq standart vəziyyətlərlə bağlı idi ki, bu da oyunun taleyini həll edən məqam oldu. Bugünkü oyunda iki topu bu cür epizoddan buraxdıq. Xorvatiyadakı oyunda da rəqib bir qolu standart vəziyyətdən vurmuşdu. Əlbəttə, nəticədən razı deyiləm, amma futbolçularım daha yaxşısına layiq idi. Bir qədər də bəxtimiz gətirmədi. Fərqi azaltdıqdan dərhal sonra rəqibin qol vurmasına mane ola bilmədik. Macarıstan yığması oyun ərzində pressinq tətbiq etməklə, bizim hücuma çıxmağımızı çətinləşdirdi. İkinci hissədə meydana daxil olan oyunçularımız oyunu bir qədər canlandırdılar. Ancaq vacib olan nəticəni qazana bilmədiyimizə görə məyusam”.

Xatırladaq ki, xalsız qalan Azərbaycan millisi iyunun 11-də Bakıda Slovakiya millisi ilə seçmə mərhələsinin üçüncü görüşünə çıxacaq.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri