2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan-Macarıstan oyunu başa çatıb.
Oxu.Az xəbər verir ki, bu oyunda qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.
2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan-Macarıstan oyunu başa çatıb. Oxu.Az xəbər verir ki, bu oyun...
Macarıstan yığması Azərbaycanla oyunda üçüncü qol vurub.
Oxu.Az xəbər verir ki, 71-ci dəqiqədə David Holman fərqlənib.
Onu da qeyd edək ki, Macarıstan millisinin italiyalı baş məşqçisi Marko Rossi texniki zonadan qovulub.
21.31
Azərbaycan millisi Macarıstanla oyunda hesab arasındakı fərqi azaldıb.
Oxu.Az xəbər verir ki, 69-cu dəqiqədə Mahir Əmrəli rəqib komandanı meydanın mərkəzinə dəvət edib.
21.16
Azərbaycan-Macarıstan oyununda ikinci qol vurulub.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 53-cü dəqiqəsində Macarıstan millisinin ikinci qoluna Botond Barat imza atıb.
20.23
2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilən Azərbaycan-Macarıstan oyununda hesab açılıb.
Oxu.Az xəbər verir ki, qarşılaşmanın 18-ci dəqiqəsində qonaqlar irəli çıxıblar.
Qolu Orban vurub.
09.26
Bu gün Azərbaycan millisi 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsində ikinci oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, E qrupunda mübarizə aparan yığmamız saat 20:00-da “Bakcell Arena”da Macarıstan komandasını qəbul edəcək.
Matçı Niderlanddan olan hakimlər briqadası idarə edəcək.
Qrupun digər oyunu Xorvatiya və Uels yığmaları arasında keçiriləcək.
Millimizin baş məşqçisi Nikola Yurçeviç bugünkü oyunla bağlı nikbin olduğunu qeyd etmişdi.
Xatırladaq ki, Azərbaycan yığması ilk matçda səfərdə Xorvatiyaya 1:2 hesabı ilə məğlub olub.
Rəylər