İspaniya La Liqasının 12-ci turunda "Real Madrid" səfərdə "Valensiya" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "Mestalya" stadionunda keçirilən görüş "kral klubu"nun böyükhesablı qələbəsi ilə başa çatıb - 0:3.
Matçın 28-ci dəqiqəsində "Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde hesabı açıb. 36-cı dəqiqədə Arda Güler fərqi artırıb. Komandanın hücumçusu Kilian Mbappe isə 75-ci dəqiqədə üçüncü qolu vurub.
Bu qələbədən sonra "Real Madrid" 30 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. "Valensiya" isə doqquz xalla 19-cu yerdədir.