Argentinalı futbol ulduzu, "İnter Mayami"nin kapitanı Lionel Messinin çantası sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Oxu.Az xəbər verir ki, Messinin çıxış etdiyi futbol klublarının loqolarının əks olunduğu çanta sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib.
Belə ki, çantanın üzərində "Barselona", "İnter Mayami" və "Nyuelz Old Boyz" klublarının, eləcə də Argentina millisinin loqoları yer alıb.

Futbolçunun Avropada sonuncu dəfə çıxış etdiyi PSJ klubunun loqosunun çantada olmaması isə diqqətdən yayınmayıb.
Qeyd edək ki, Messi 2021-2023-cü illərdə PSJ-nin heyətində çıxış edib. O, Paris klubunda özünü xoşbəxt hiss etmədiyini bir neçə dəfə dilə gətirib.