Niderlandın "Transavia" aviaşirkəti Portuqaliyanın Funşal şəhərinə uçan təyyarələrindəki 7C sərnişin oturacağını dövriyyədən çıxarmaq qərarına gəlib. Şirkət bu addımı ilə portuqaliyalı futbolçu Kriştianu Ronaldunun şərəfinə jest edib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə "Transavia"nın mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Funşal Kriştianu Ronaldunun doğma şəhəridir. Buradakı hava limanı da futbolçunun şərəfinə adlandırılıb.
"CR7 butslarını mismardan asır, 7C oturacaqları isə Funşala uçuşlarımızdan yığışdırılır", - deyə aviaşirkətin məlumatında bildirilib.
Xatırladaq ki, noyabrın 5-də 41 yaşlı Ronaldu Portuqaliya millisindəki çıxışlarını başa vurduğunu elan edib.