Fövqəladə Hallar Nazirliyinin (FHN) kollektivi 8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda yerləşən Zəfər Parkını ziyarət edib.
Oxu.Az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, Zəfər abidəsinin önünə gül dəstələri qoyulub, şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib.
Oxu.Az xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş memorial kompleksə - Zəfər parkına ziyarət davam edir.
Oxu.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və müavinləri, həmçinin baş prokuror Kamran Əliyev və digər rəsmilər Zəfər parkını ziyarət edərək şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş memorial kompleksə - Zəfər parkına ziyarət davam edir.
Oxu.Az xəbər verir ki, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Hacı Allahşükür Paşazadə və digər dini konfessiyaların nümayəndələri Zəfər parkını ziyarət edərək şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş memorial kompleksə - Zəfər parkına ziyarət davam edir.
Oxu.Az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmilər Zəfər parkını ziyarət edərək şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Azərbaycanın Vətən müharibəsində qazandığı qələbəyə həsr olunmuş memorial kompleksə - Zəfər parkına ziyarət başlayıb.
Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, Milli Məclisin deputatları və digər rəsmi şəxslər Zəfər parkını ziyarət edərək şəhidlərin ruhlarına ehtiramlarını bildiriblər.