"Ərdoğanla Əliyev arasındakı görüş yayılan dezinformasiyalara verilən ən yaxşı cavab oldu".
Oxu.Az xəbər verir ki, bunu Türkiyə prezidentinin köməkçisi Cevdet Yılmaz "Haber Global"ın efirində deyib.
Türkiyə rəsmisinin sözlərinə görə, dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin Azərbaycanda Zəfər Günü tədbirlərində birgə yer almaları iki dövlət arasındakı qardaşlığın və həmrəyliyin aydın göstəricisidir.
O qeyd edib ki, bu addım eyni zamanda yayılan yalan məlumatlara qarşı ən tutarlı cavabdır. Nümayəndə Türkiyə-Azərbaycan dostluğunun əbədi olmasını xüsusi vurğulayaraq, yaxın gələcəkdə Prezident İlham Əliyevi öz ölkəsində görmək arzusunda olduqlarını bildirib.
Bundan əlavə, prezident köməkçisi Türkiyənin COP31 iqlim konfransına hazırlıq prosesində göstərdikləri dəstəyə və təcrübə mübadiləsinə görə Azərbaycan nümayəndələrinə minnətdarlığını ifadə edib. O, həmçinin Azərbaycanın COP29 sammitinin təşkilinə verdiyi töhfəni də xüsusi diqqətə çatdırıb.