Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, səfər Azərbaycanın Zəfər Günü münasibətilə həyata keçiriləcək.
Cumhurbaşkanımız Sayın Recep Tayyip Erdoğan, Azerbaycan Cumhurbaşkanı Sayın İlham Aliyev’in davetine icabetle, 8 Kasım 2026 tarihinde Karabağ’ı ziyaret edeceklerdir. Azerbaycan’ın Zafer Günü vesilesiyle gerçekleştirilecek ziyaret kapsamında Sayın Cumhurbaşkanımız ve Cumhurbaşkanı Sayın Aliyev ikili görüşme yapacak; Türkiye-Azerbaycan iş birliğinin çeşitli veçhelerini bu çerçevede değerlendirecek; ayrıca bölgesel ve küresel gelişmeleri de istişare edeceklerdir.
— Burhanettin Duran (@burhanduran) November 7, 2026
"Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Qarabağda ikitərəfli görüş keçiriləcək.
Görüşdə Türkiyə-Azərbaycan əməkdaşlığının müxtəlif istiqamətləri, eləcə də regional və qlobal məsələlər müzakirə olunacaq", - məlumatda deyilir.