"Zəfərdən doğan işıq" sənədli filmi nümayiş olunub.
Böyük Zəfərin 6-cı ildönümü münasibətilə "AzərEnerji" ASC-nin Baş İdarəetmə Kompleksində yerləşən Energetiklərin Mədəniyyət Mərkəzində təntənəli tədbir keçirilib.
Tədbir çərçivəsində "Zəfərdən doğan işıq" adlı sənədli film nümayiş olunub.
Filmdə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı enerji quruculuğu işləri, Qarabağ və Şərqi Zəngəzurun ölkənin vahid enerji sisteminə inteqrasiyası, eləcə də bölgənin yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işlər əks etdirilib.
Sənədli film tarixi Zəfərdən sonra azad edilmiş torpaqlarda yaradılan müasir enerji infrastrukturunu və Azərbaycanın enerji potensialının inkişafını diqqətə çatdırır.