Misli Premyer Liqasının XI turunun daha bir oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, günün ikinci matçında "Zirə" komandası "Qəbələ"ni qəbul edib.
Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
"Zirə"nin heyətində 11-ci dəqiqədə Davit Volkov, 89-cu dəqiqədə isə Kris Diqbeu fərqlənib. Qonaqların heyətində İsmael Akinade 14-cü dəqiqədə qol vurub.
Bu qələbə sayəsində xallarının sayını 19-a çatdıran "Zirə" turnir cədvəlinin beşinci pilləsində qərarlaşıb. "Qəbələ" isə 8 xalla 10-cu yerdədir.
Misli Premyer Liqasının XI turunda "Şəfa" komandası "Araz-Naxçıvan"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, "SOCAR Polymer Arena"da keçirilən autsayderlərin görüşü heç-heçə ilə başa çatıb - 2:2.
"Şəfa"nın heyətində Bafode Dansoko (6-cı dəqiqə) və Arsen Ağcabəyov (39-cu dəqiqə) fərqləniblər. "Araz-Naxçıvan"ın qollarını isə Ağadadaş Salyanskiy (35-ci dəqiqə) və Mohamed Mara (43-cü dəqiqə) vurublar.
Bu nəticədən sonra 5 xalı olan "Şəfa" turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. 4 xala malik "Araz-Naxçıvan" isə sonuncu - 12-ci yerdədir.
Bu gün Misli Premyer Liqasında XI turun növbəti qarşılaşmaları keçiriləcək.
Oxu.Az xəbər verir ki, günün proqramına iki görüş daxildir.
İlk matçda "Şəfa" "Araz-Naxçıvan"ı qəbul edəcək. "SOCAR Polymer Arena"da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
Günün digər görüşündə "Zirə" "Qəbələ" ilə üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyun saat 18:30-da start götürəcək.
Misli Premyer Liqası
XI tur
7 noyabr
16:00. "Şəfa" - "Araz-Naxçıvan";
18:30. "Zirə" - "Qəbələ".