23 
İyn
2019
19:34
266
21
3288
yuxarı
Hidayət Heydərov 51 saniyəyə bürünc medalı qazanmasından danışdı
23 İyn, 2019
19:34
3288
266
21
Hidayət Heydərov 51 saniyəyə bürünc medalı qazanmasından danışdı
Beynimdə yalnız qələbə qazanmaq idi. Lakin belə asanlıqla qalib gələcəyimi gözləmirdim. Rəqibim tanınmış cüdoçudur, Olimpiya çempionudur. Görüşə çıxan kimi təmiz qələbə qazandım.
Oxu.Az-ın verdiyi məlumata görə, bunu II Avropa Oyunlarında 73 kq çəki dərəcəsində bürünc medal qazanmış Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib. 22 yaşlı idmançı bildirib ki, gürcüstanlı Laşa Şavdatuaşvili ilə görüş zamanı 51 saniyəyə ipponun baş verəcəyini gözləməyib:
“Bu, mənim fəndim deyildi, çünki özüm daha çox aşağı nahiyədən ipponu sevirəm. Sadəcə həmin anı tuta bildim”.
Qeyd edək ki, II Avropa Oyunlarında cüdoda Azərbaycana ilk medalı məhz Hidayət Heydərov qazandırıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək