24 
İyn
2019
20:30
541
52
11927
Virtual karabakh

Azərbaycanın Avropa Oyunlarında medallarının sayı 11-ə çatdı - YENİLƏNİB

24 İyn, 2019
20:30
11927

Azərbaycanın Avropa Oyunlarında medallarının sayı 11-ə çatdı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın medal qazanmağa sonuncu namizədi Uşanqi Kokauri həlledici görüşdə büdrəyib.

Oxu.Az xəbər verir ki, bununla da Azərbaycan cüdoçuları II Avropa Oyunlarının fərdi yarışlarında mübarizəni başa vurub.

Komandamız fərdi yarışlarda beş medal – bir gümüş və dörd bürünc medal qazanıb. Cüdo hələ ki Azərbaycana Minskdə ən çox medal qazandıran idman növüdür. 

Qeyd edək ki, sabah cüdo millimiz qarışıq komanda yarışlarına qatılacaq. Komandamızın rəqibi Fransa cüdoçuları olacaq.

19:56

Azərbaycan cüdoçusu İrina Kindzerskaya II Avropa Oyunlarında ölkəmizə növbəti bürünc medalı qazandırıb. 

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, 78 kq-dan yuxarı çəkidə çıxış edən Kindzerskaya üçüncü yer uğrunda görüşdə həmyerlisi olan ukraynalı Qalina Tarasovaya cərimə xalları hesabına qalib gəlib.

Bu, Azərbaycanın Avropa Oyunlarında 11-ci medalı olub. Medallardan beşini - bir gümüş, dörd bürünc medalı cüdoçular əldə edib.

19:19

Azərbaycan cüdoçusu Elmar Qasımov II Avropa Oyunlarında 10-cu medalımızı qazanıb. 

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, 100 kq çəkidə yer alan Elmar Qasımov üçüncü yer uğrunda görüşdə xorvatiyalı Zlatko Kumriçi ipponla yenib.

16:07

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışları davam edir.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, Məmmədəli Mehdiyev (-90 kq) belaruslu idmançının ardından fransalı rəqibini də məğlub edib.

Ancaq o, türkiyəli rəqibinə uduzub. Təsəlliverici yarışda isveçrəli rəqibini ippona salan idmançımız axşam seansında bürünc medal üçün güləşəcək.

Vaxtilə Ermənistanda Azərbaycan himnini səsləndirmiş Elmar Qasımov (-100 kq) ukraynalı cüdoçunun ardından estoniyalı rəqibini yensə də, fransalı idmançı ilə bacarmayıb. O, təsəlliverici yarışda monteneqrolu rəqibini məğlub edib. İdmançımız bürünc medal üçün mübarizə aparacaq.

Bu çəkidə digər idmançımız Zelim Kostoyev isə serbiyalı rəqibinə qalib gəlsə də, 1/8 finalda Belçika təmsilçisinə uduzaraq mübarizəni dayandırıb.

Gürcüstanlı legionerimiz Uşanqi Kokauri (+100 kq) sloveniyalı və hollandiyalı rəqiblərini məğlub edib. O, yarımfinalda rusiyalı İnal Tasoyevə uduzaraq, bürünc medal görüşünə çıxacaq.

Ukraynalı legionerimiz İrina Kindzerskaya (+78 kq) almaniyalı və britaniyalı rəqiblərinə qalib gəlsə də, yarımfinalda ev sahibi idmançısı Marina Slutskayanın sona 13 saniyə qalmış vaza-ari fəndinə düşüb və uduzub.

13:15

Azərbaycan idmançıları Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarının cüdo yarışlarına inamla başlayıblar.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün Azərbaycan yığmasının beş cüdoçusu qüvvəsini sınayır.

100 kq çəki dərəcəsində mübarizə aparan iki təmsilçimiz 1/16 final qarşılaşmalarını keçirib. Elmar Qasımov Anton Savitskiyə (Ukrayna) qalib gəlib. Onun 1/8 finaldakı rəqibi estoniyalı Qriqori Minaşkin olacaq.

Eyni çəkidə çıxış edən Zelim Kotsoyev isə Boyan Doşen (Serbiya) ilə qarşılaşıb. Qələbə qazanan təmsilçimiz 1/8 finalda belçikalı Toma Nikiforovla üz-üzə gələcək.

90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 finalda İqor Varapayevlə (Belarus) görüşüb. Qalib gələn cüdoçumuz 1/8 finalda fransalı Orelian Dyes ilə mübarizə aparacaq.

Qeyd edək ki, bu gün daha iki idmançımız tatami üzərinə çıxacaq. 1/8 finaldan yarışa qatılacaq Uşanqi Kokauri (+100 kq) Vinçentso Vito Draqiçlə (Sloveniya), qadın cüdoçumuz İrina Kindzerskaya (+78 kq) Yasmin Külbs (Almaniya) - Səbile Akbulut (Türkiyə) cütünün qalibi ilə görüşəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri