25 
İyn
2019
20:01
490
48
8497
Virtual karabakh

Azərbaycan Avropa Oyunlarında 12-ci medalını rəsmiləşdirdi - YENİLƏNİB

25 İyn, 2019
20:01
8497

Azərbaycan Avropa Oyunlarında 12-ci medalını rəsmiləşdirdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında ilk güləşçimiz finala çıxıb.

Oxu.Az-ın Minskə ezam olunmuş əməkdaşının verdiyi xəbər görə, Mahir Əmiraslanov (-57 kq) yarımfinalda Dağıstan kumıkı olan Zaur Uquyevlə görüşdə qalib gəlib.

O, 0:2 hesabı ilə uduzsa da, əzmkarlıq göstərərək son Avropa çempionu üzərində 3:2 hesablı qələbə qazanıb. Onun finaldakı rəqibi serb Stevan Miçiç olacaq.

Mahir Əmiraslanovun finala çıxması isə o deməkdir ki, Azərbaycan 12-ci medalını rəsmiləşdirib.

Qeyd edək ki, II Avropa Oyunlarının ilk günündə mübarizəyə qatılan dörd sərbəst güləşçimizin hamısının sabah medal qazanmaq şansı qalmaqdadır.

Hacımurad Hacıyevin (-74 kq) məğlub olduğu Sonər Dəmirtaş finala çıxdığından, o, təsəlliverici yarışlara qatılacaq. Bürünc medal üçün dağıstanlı legionerimiz yunan Kirilos Binenbaumla qarşılaşacaq.

Aleksandr Qostiyev (-86 kq) Dərbənd ləzgisi olan Dauren Kuruqliyevə 3:6 hesabı ilə məğlub olub. Osetin legionerimiz bürünc medal uğrunda yarışa çıxacaq. Onun rəqibi Miles Nazim Amin (San Marino) – Zbiqnev Baranovski (Polşa) cütünün qalibi olacaq.

Ən ağır çəkili pəhləvanımız Camaləddin Məhəmmədov (-125 kq) da finalın bir addımlığında büdrəyib. Dağıstanlı legionerimiz yarımfinalda gürcü Qivi Matçaraşviliyə 2:4 hesabı ilə uduzub. O, sabah bürünc medal uğrunda yarışacaq.

14:21

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Oxu.Az xəbər verir ki, bu gün güləş yarışlarına start verilib.

Mübarizəyə 57, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər başlayıb.

Mahir Əmiraslanov (-57 kq) ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib. 1/4 finalda Makedoniya idmançısına da gücünü göstərən həmyerlimiz yarımfinala yüksəlib. Onun yarımfinaldakı rəqibi rusiyalı Zaur Uquyev olacaq.

Hacımurad Hacıyev (-74 kq) debütdə üçqat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı Soner Dəmirtaş növbəti mərhələyə yüksəlib. 

Aleksandr Qostiyev (-86 kq) yarışa inamlı qələbə ilə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib. Qostiyev 1/4 finalda gürcü güləşçinin də öhdəsindən gələrək yarımfinala çıxıb. Onun da yarımfinaldakı rəqibi rusiyalıdır. O, finala çıxmaq üçün Dauren Kuruqliyevlə güləşəcək.

Camaləddin Məhəmmədov (-125 kq) 1/8 finalda yerli güləşçiyə şans tanımayıb. 1/4 finalda Macarıstan təmsilçisi ilə baş tutan görüş dramatik alınıb. Məhəmmədov hesabda 2:5 geridə olsa da, əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Onun rəqibi gürcüstanlı Qivi Matçaraşvili olacaq.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri