23 
İyl
2019
17:34
135
37
2340
Virtual karabakh

Azərbaycan EYOF-da daha iki medal qazandı

23 İyl, 2019
17:34
2340

Azərbaycan EYOF-da daha iki medal qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Gənclər Olimpiya Festivalında Azərbaycan daha iki medal qazanıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan güləşdə daha bir gümüş və bürünc medalı aktivinə yazdırıb.

Elnurə Məmmədova (-53 kq) finalda rusiyalı Polina Lukinaya tuşe fəndi ilə uduzaraq gümüş medalla kifayətlənib.

Nigar Mirzəzadə (-65 kq) bürünc medal uğrunda görüşdə polşalı Zofia Polovçiki 7:6 hesabı ilə məğlub edib. Onun qələbəsində azərbaycanlı məşqçinin etirazı da rol oynayıb. Təkrara baxıldıqdan sonra hakimlər Nigarın rəqibini döşəkdən çıxardığına qərar verib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri