Avq
2019
18:10
44
171
3550
Virtual karabakh

AFFA mövsüm başlamamış “Qəbələ”ni 50 min manat cərimələdi

5 Avq, 2019
18:10
3550

AFFA mövsüm başlamamış “Qəbələ”ni 50 min manat cərimələdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qəbələ” klubu yenə cərimələnəcək.

Oxu.Az xəbər verir ki, Qəbələ klubu I divizionda yarışmağa əvəzedici komandasını göndərmədiyi üçün cərimə ödəyəcək.

Klub buna görə 50 min manat cərimə ödəməli olacaq. Bunu jurnalistlərə açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirib.

Qeyd edək ki, digər yeddi Premyer Liqa klubu ötən mövsüm əvəzedici komandasını I diviziona buraxsa da, yalnız “Qəbələ” bunu etməmişdi. Klub bunu iki komanda (əsas və əvəzedici komanda) saxlamağın maddi cəhətdən çətinliyi ilə izah etmişdi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri