Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olacaq? - RƏSMİ AÇIQLAMA
“Yeni mövsümdən etibarən Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayında artım olmayacaq”.
Oxu.Az xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında AFFA-nın prezidenti Rövşən Nəcəf deyib.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin iclasının gündəliyində dörd əsas mövzu müzakirə olunub.
İclasda AFFA-nın inkişafı strategiyası, inkişaf hədəflərinin müəyyən olunması və strategiyanın yazılması, Azərbaycan Premyer Liqasında komanda sayının artırılması, 2024/2025 mövsümündə tətbiq olunacaq legioner limiti və 2024-cü il üçün AFFA büdcəsi müzakirə olunub.
“Bunun üçün yetərli qədər infrasturktur, idman bazaları olmalı, hakimlər çoxluq təşkil etməlidir. Əsas hədəflərimizdən biri Premyer Liqanın keyfiyyətini artırmaqdır. Lakin gələcək illərdə klub sayının artırılması məsələsinə yenidən baxılacaq. Bugünkü iclasda bütün məsələlər müzakirə olunsa da, ümumi qərar qəbul edilməyib. Məhz buna görə də, daha sonra yenidən brifinq keçiriləcək. Müzakirə olunacaq məsələlər çoxdur”, - deyə Rövşən Nəcəf komanda sayının artırılmamasının səbəbləri barədə danışarkən bildirib.
Anar Həsənov
Rəylər