Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Həmidə Ömərova: “Yaxşı maaş versəydilər, dörd-beş yerdə işləməzdim”
“Azərbaycan kinosu hələ istiqamətini axtarmağa çalışır. Addımlayırıq, amma sürətlə yox. Düzdür, son vaxtlar beynəlxalq arenaya çıxır, mükafat da qazanırıq. İşləyən gənclər çoxdur. İndi dövlət sifarişi və kommersiya məqsədli filmlər rəqabətə girib. Çox istərdim ki, dövlət sifarişi ilə çəkilənlər baxımlı və uğurlu olsun. Sərf olunan məbləğ geri qayıtsın. Onda kinematoqrafçıların da film çəkməyə marağı olar. Peşə sahibləri işlə təmin olunarlar”.
Bu sözləri axşam.az-a açıqlamasında Xalq artisti Həmidə Ömərova deyib.
Aktrisa son günlər film sahəsində baş verənlərdən danışıb.
O bildirib ki, rejissorları xaricə təcrübə yığmağa göndərmək lazımdır:
“Biz qonşu dövlətlərin, dünya kinosunun nümunələrində hansı proseslərdən keçdiyini öyrənməliyik. Onda həvəslənərik. Kino festivalları çoxaldılmalıdır, biz getməliyik. Təkcə İncənət Universitetində tədrislə bunlar bəs etmir. Kinematoqrafçılarımızı xaricə təhsil almağa göndərməliyik. Türkiyədə rejissorlar xaricdə təhsil alıb, gəlib film sahəsini inkişaf etdiriblər. Biz kino sahəsindəki texnika cəhətdən geri qalmışıq”.
H.Ömərova aktyorların qazancdan şikayətlənməsi məsələsinə toxunub:
“Sovet aktrisasıyam, biz dözürük. Mənə təklif gələndə ilk obrazla maraqlanıram. Ssenarini oxumalıyam, maraqlıdırsa, razılaşacağam. Nəsə var ki, hamı şikayətlənir. İndiki zamanda aktyorlar üçün çox çətindir. Etiraf edim ki, dörd-beş yerdə işləyirəm. Deyirlər, niyə özünü yorursan? Cavab verirəm ki, əgər mən bir yerdə yaxşı maaş alsaydım, niyə başqa yerə qaçım? Səhər dublyaja, günorta çəkilişə, axşam teatra gedim. Heç kim özünü fiziki cəhətdən yormaq istəməz. Etiraf edirəm ki, qonorar azdır. Maaş yaxşı olsaydı, aktyorlar şikayət etməzdilər”.
"Azərbaycan Respublikasının Xalq artisti" teqi üzrə xəbərlər
- Dostları aktyor Ənvər Həsənovu kino aləminə göndərilən "VERGİ" adlandırdılar
- Vasif Ayan: "Mərhum sənətçimizlə xatirələrimi "Ənvər Həsənova vida" kitabında nəşr etdirdim"
- Xalq artisti: "Mən o vaxt bilirdim ki, Ənvər hamının sevimlisi olacaq"
- Ənvər Həsənovun 40 mərasimi keçirilir
- Ənvər Həsənov niyə bir də evlənmədi? - DOSTLARI DANIŞDILAR