15 
Avq
2019
22:50
359
183
13263
Virtual karabakh

“Neftçi” Avropa Liqasında çıxışını başa vurdu - YENİLƏNİB

15 Avq, 2019
22:50
13263

“Neftçi” Avropa Liqasında çıxışını başa vurdu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi” səfərdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, görüş komandamızın məğlubiyyəti ilə yekunlaşıb.

Bakı vaxtı ilə saat 21:00-da start götürmüş oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Dor Jan və Tambi komandasının qollarına imza atıblar.

Oyuna əlavə olunmuş dəqiqələrdə Emin Mahmudovun penaltidən vurduğu qol da komandamıza kömək etməyib.

Bakıdakı görüş 2:2 hesablı bərabərliklə yekunlaşdığı üçün bu nəticə təmsilçimizin Avropa Liqasında mübarizəsini başa vurmasına səbəb olub.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

15 avqust

21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi” (Azərbaycan) – 2:1

Qollar: Dor Jan, 14, Tambi, 66 – Emin Mahmudov, 90+2 (pen.)

Hakimlər: Daniele Doveri, Alessandro Kostanzo, Alessio Tolfo, Fabrisio Pasqua (hamısı İtaliya)

 

22:24

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi” səfərdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, görüşdə hesab dəyişib.

Bakı vaxtı ilə saat 21:00-da start verilən oyunun 66-cı dəqiqəsində meydan sahibləri ikinci dəfə fərqləniblər.

Tambi komandasının ikinci qoluna imza atıb.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

15 avqust

21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi” (Azərbaycan) – 2:0

Qollar: Dor Jan, 14, Tambi, 66

Hakimlər: Daniele Doveri, Alessandro Kostanzo, Alessio Tolfo, Fabrisio Pasqua (hamısı İtaliya)

 

22:03

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi” səfərdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, görüşdə ikinci hissə başlayıb.

Bakı vaxtı ilə saat 21:00-da start verilən oyunun ilk yarısını meydan sahibləri öndə başa vurublar.

Dor Janın qolu yəhudiləri önə keçirib.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

15 avqust

21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi” (Azərbaycan) – 1:0

Qol: Dor Jan, 14

Hakimlər: Daniele Doveri, Alessandro Kostanzo, Alessio Tolfo, Fabrisio Pasqua (hamısı İtaliya)

 

21:48

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi” səfərdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, görüşdə ilk hissə başa çatıb.

Bakı vaxtı ilə saat 21:00-da start verilən oyunun ilk yarısını meydan sahibləri öndə başa vurublar.

Dor Janın qolu yəhudiləri önə keçirib.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

15 avqust

21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi” (Azərbaycan) – 1:0

Qol: Dor Jan, 14

Hakimlər: Daniele Doveri, Alessandro Kostanzo, Alessio Tolfo, Fabrisio Pasqua (hamısı İtaliya)

 

21:17

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi” səfərdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, görüşdə hesab açılıb.

Bakı vaxtı ilə saat 21:00-da start verilən oyunun 14-cü dəqiqəsində meydan sahibləri fərqləniblər.

Dor Jan hesabı komandasnın xeyrinə dəyişib.

Hazırda hesab 1:0-dır.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

15 avqust

21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi” (Azərbaycan) – 1:0

Qol: Dor Jan, 14

Hakimlər: Daniele Doveri, Alessandro Kostanzo, Alessio Tolfo, Fabrisio Pasqua (hamısı İtaliya)

 

21:00

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi” səfərdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşır.

Oxu.Az xəbər verir ki, görüşə Bakı vaxtı ilə saat 21:00-da start verilib.

Hazırda hesab 0:0-dır.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

15 avqust

21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi” (Azərbaycan) – 0:0

Hakimlər: Daniele Doveri, Alessandro Kostanzo, Alessio Tolfo, Fabrisio Pasqua (hamısı İtaliya)

 

19:55

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi” səfərdə İsrailin “Bney Yehuda” klubu ilə qarşılaşacaq.

Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək oyun üçün komandalar start heyətlərini açıqlayıblar.

Tərəflər görüşə aşağıdakı futbolçularla çıxacaqlar.

Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

15 avqust

21:00. “Bney Yehuda” (İsrail) – “Neftçi” (Azərbaycan)

Hakimlər: Daniele Doveri, Alessandro Kostanzo, Alessio Tolfo, Fabrisio Pasqua (hamısı İtaliya)

Hakim-inspektor: Stefane Lanno (Fransa)

UEFA nümayəndəsi: Tarqo Kaldoya (Estoniya)

Petah Tikva. "Ha Moşava" stadionu

İlk oyun – 2:2

“Bney Yehuda”: 1. Emiliyus Zubas, 3. Dan Mori (k), 5. Daniel Feltser, 6. Amir Rustom, 8. Şey Mazor, 9. Dor Jan, 11. Məhəmməd Qadir, 16. Avişay Kohen, 19. Vafuqossani İsmaila Soro, 21. Tambi Saqas, 24. Alban Pnişi.

Ehtiyat oyunçular: 55. Yehonatan Şabi, 2. Dor  Elo, 7. Dor Koçav, 15. Ariel Lazmi, 23. Ben Şimoni, 26. Roey Ben Şimon, 77. Şemor Tsaadon.

Baş məşqçi: Yosef Abuksis.

“Neftçi”: 1. Səlahət Ağayev, 3. Mamadu Mbodj, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 19. Rauf Əliyev, 25. Kiril Petrov, 26. Ömər Buludov, 28. Stiven Monroz, 36. Mamadu Kane, 93. Soni Mustivar.

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 9. Baqali Dabo, 11. Vangelis Platellas, 17. Rəhman Hacıyev, 18. Tural Axundov.

Baş məşqçi: Roberto Bordin

 

09:18

“Neftçi” Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün cavab oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, doğma meydanda baş tutan ilk oyunda İsrailin “Bney Yehuda” klubu ilə 2:2 hesablı heç-heçəyə razı olan “ağ-qaralar”ın işi çətindir. 

Petak Tikvadakı “Ha Moshava” stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İsrail klubu bu qarşılaşmaya beş müdafiəçi ilə çıxacaq. Çünki 0:0 və 1:1 hesablı heç-heçə “Bney Yehuda”nı “pley-off” mərhələsinə daşıyacaq.

“Pley-off”da bu cütün güclüsü “Malmö” (İsveç) – “Zrinski” (Bosniya və Herseqovina) oyunun qalibi ilə qarşılaşacaq. İlk oyunda İsveç təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

Samir İsayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri