21 
Sen
2019
00:51
117
16
3633
Virtual karabakh

Velosipedçimiz debüt etdi, millimiz səkkiz olimpiya xalı qazandı

21 Sen, 2019
00:51
3633

Velosipedçimiz debüt etdi, millimiz səkkiz olimpiya xalı qazandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şose velosipedi üzrə Azərbaycanın Elit yığma komandasının üzvü, ölkə çempionu Elçin Əsədov Bəhreynin “VIB Sports” kontinental komandası ilə müqavilə imzalayıb.

Azərbaycan Velosiped Federasiyasından verilən məlumata görə, yeni klubunda çempion köynəyi ilə mübarizə aparan velosipedçimiz “VİP Sports”un heyətində debüt edib.

Türkiyədə təşkil edilən birgünlük “Grand Prix Erciyes” turunda Elçin komandasının heyətində ən yaxşı nəticə göstərməklə 142 km məsafəni 8-ci pillədə bitirib və bununla da ölkəmizin aktivinə Tokio-2020 Yay Olimpiya Oyunlarına 3 lisenziya xalı qazandırıb. Yeri gəlmişkən, “VİB Sports” yarışda iştirak edən kollektivlər içərisində vaxt göstəricisinə görə komanda hesabında 1-ci yeri tutub.

“Grand Prix Erciyes” turunda heyəti Samir Cəbrayılov, Musa Mikayılzadə, Mahmud Məmmədov, Xankişi İsgəndərov və Mikayıl Səfərlidən ibarət Azərbaycan yığması da iştirak edib. Uğurlu komanda işinin nəticəsi olaraq finiş xəttini 7-ci keçən Samir Cəbrayılov reytinqimizi daha 5 xalla zənginləşdirib. Beləliklə, “Grand Prix Erciyes” yarışı millimiz üçün Tokio Olimpiadasına qazanılan 8 xalla başa çatıb.

Sentyabrın 21-22-də velosipedçilərimiz qardaş ölkədə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən daha bir yarışda - 2.2 kateqoriyalı Kayseri Turunda da çıxış edəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri