22 
Sen
2019
21:27
156
74
9089
Virtual karabakh

Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu Dünya Kubokundan kənarlaşdırdı

22 Sen, 2019
21:27
9089

Teymur Rəcəbov Şəhriyar Məmmədyarovu Dünya Kubokundan kənarlaşdırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov şahmat üzrə Dünya Kubokunun 1/4 finalına çıxıb.

Oxu.Az xəbər verir ki, 1/8 finalda T.Rəcəbov digər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovu məğlub edib.

Təmsilçilərimiz münasibətlərini üçüncü partiyada – tay-breykdə aydınlaşdırmalı olub. İlk iki partiyada onlardan heç biri qalib gələ bilməsə də, üçüncü görüşdə Teymur həmyerlisinə qalib gəlib.

Beləliklə, T.Rəcəbov Dünya Kubokunun 1/4 finalına yüksəlib. O, tay-breykdə polşalı Yan-Kşiştof Dudaya qalib gəlmiş Çin mənşəli amerikalı Ceffri Sunqla üz-üzə gələcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri