31 
Okt
2019
23:16
177
16
4830
Virtual karabakh

Qadın şahmatçılarımız Avropa çempionatında meydan sahiblərini də büdrətdi - YENİLƏNİB

31 Okt, 2019
23:16
4830

Qadın şahmatçılarımız Avropa çempionatında meydan sahiblərini də büdrətdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Batumidə kişi və qadın şahmatçılardan ibarət komandalar arasında Avropa çempionatının VII turunun oyunları başa çatıb.

Oxu.Az xəbər verir ki, kişi şahmatçılarımız İsveçrə komandasına 2,5:1,5 hesabla qalib gəlib.

Qadın yığmamızın Gürcüstan komandası ilə qarşılaşması isə heç-heçə başa çatıb – 2:2.

Aktivində 10 xal olan qadın komandamız III yerdədir. Kişi şahmatçılarımız isə doqquz xalla turnir cədvəlinin VII pilləsindədir.

12:05

Gürcüstanın Batumi şəhərində keçirilən şatmat komandaları üzrə Avropa çempionatında bu gün VII tura start veriləcək.

Oxu.Az xəbər verir ki, yeddi xalla turnir cədvəlinin X sırasında olan kişi millimiz bu gün çempionatın gücünə görə XXVIII komandası sayılan İsveçrə ilə qarşılaşacaq.

Keçirdiyi altı partiyada ancaq heç-heçə etməklə yadda qalan Şəhriyar Məmmədyarov bu gün ağ fiqurlarla Zebastian Boqnerlə qarşılaşacaq.

Dünən lider Rusiyanı büdrədən və bununla da III sırada yerini möhkəmlədən qadın millimiz isə bu gün daha bir həlledici görüşə çıxacaq. Doqquz xala malik olan komandamız həm gücünə, həm də hazırkı turnir cədvəlinə görə II sırada olan meydan sahibi Gürcüstanla qarşılaşacaq. Bu görüşdə qazanılan qələbə gürcülərlə xallarımızı bərabərləşdirəcək.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri