Noy
2019
20:50
161
14
2986
Virtual karabakh

Cüdoçumuz Avstraliyada gümüş medal qazandı - FOTO

3 Noy, 2019
20:50
2986

Cüdoçumuz Avstraliyada gümüş medal qazandı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyanın Pert şəhərində cüdo üzrə Okeaniya açıq turnirinə start verilib.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, beynəlxalq yarışın ilk günü cüdoçumuz Nicat Şıxəlizadə gümüş medala sahib olub.

Belə ki, 66 kq çəki dərəcəsində mübarizə aparan N.Şıxəlizadə Böyük Britaniya, Avstraliya, Braziliya və Almaniya cüdoçularına qalib gələrək finala çıxıb. Həlledici görüşdə ispaniyalı Martin Qaiteroya məğlub olan cüdoçumuz turnirin gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, Avstraliyada 66 ölkədən 310 cüdoçu mübarizə aparır. Ölkəmiz beynəlxalq yarışda 9 cüdoçu ilə təmsil olunur. Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan Okeaniya açıq turnirində gümüş medal qazanan Nicat Şıxəlizadə aktivinə daha 500 xal yazdırıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri