Yan
2020
10:56
15
51
1762
Virtual karabakh

Azərbaycan idmançısı Olimpiadada nə vaxt çıxış edəcək?

9 Yan, 2020
10:56
1762

Azərbaycan idmançısı Olimpiadada nə vaxt çıxış edəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlum olduğu kimi, Azərbaycan ilk dəfə yeniyetmələrin Qış Olimpiya Oyunlarında mübarizə aparacaq.

Oxu.Az-ın xəbərinə görə, İsveçrənin Lozanna şəhərində bu gün açılış mərasimi baş tutacaq yeniyetmə idmançıların Qış Olimpiadasında Azərbaycan bir idmançı ilə təmsil olunacaq.

Bu, rusiyalı legioner fiqurlu konkisürən Yekaterina Ryabovadır. Artıq sabahdan fiqurlu konkisürmə yarışlarına start veriləcək. 16 yaşlı Azərbaycan təmsilçisi isə Olimpiadada mübarizəyə yanvarın 11-də qadınların qısa proqramı zamanı qoşulacaq.

İdmançımız final mərhələsinə vəsiqə qazana bilsə, yanvarın 13-də medal uğrunda mübarizə aparacaq. Həmçinin, həmin gün Yekaterina Ryabova qadınların sərbəst konkisürmə proqramında da yarışacaq.

Qeyd edək ki, yeniyetmələrin qış Olimpiadası üçüncü dəfə keçirilir. Budəfəki yarışda 79 ölkədən 1792 atlet mübarizə aparacaq. Olimpiada yanvarın 22-də başa çatacaq.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri