17 
May
2020
15:47
201
53
3780
Virtual karabakh

Azərbaycan millisi CAR yığmasına qalib gəldi

17 May, 2020
15:47
3780

Azərbaycan millisi CAR yığmasına qalib gəldi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkəmizdə kiber idmanın inkişaf etməsi istiqamətində həm Azərbaycan Kiber İdman Federasiyası, həm də “Gaming League Azerbaijan”ın birgə lahiyələri davam etdirilir.  

Oxu.Az xəbər verir ki, növbəti addım gənclər tərəfindən böyük maraq göstərilən oyunlardan biri olan “Dota 2” istiqamətində olub.  

1998-ci ildə əsası qoyulan və 2005-ci ildən ümumdünya kiber idman oyunlarına qatılan “Mind Sports South Africa” təşkilatı ilə birgə ölkələrin milli komandaları arasında hazırlıq matçı təşkil olunub.  

Cənubi Afrika Respublikasının milli komandası üzərində 2:0 hesabı ilə inamlı qələbə qazanan “Dota 2” yığmamız bununla da dünya arenasına çıxmaq üçün tam hazır olduğunu sübut edib.  

Yığmamızın kapitanı Azər Ağazadənin başçılığı ilə rəqibi ard-arda iki oyunda məğlub edən komandamız görüşlərin daxili hesabında da üstünlüyünü göstərib - 41:17. 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri