19 
May
2020
17:13
144
45
3215
Virtual karabakh

UEFA “Qarabağ” istisna olmaqla, digər klublarımıza pul payladı

19 May, 2020
17:13
3215

UEFA “Qarabağ” istisna olmaqla, digər klublarımıza pul payladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Azərbaycan klublarının hesablarına növbəti dəfə pul köçürüb. 

Oxu.Az xəbər verir ki, bununla bağlı AFFA-nın rəsmi saytı məlumat yayıb. 

Məlumatlara görə, 2018/19-cu il mövsümünü əhatə edən UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA-nın Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına Avropanın ali futbol qurumundan ayrılan əlavə maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

Beləliklə, “Neftçi”, “Səbail”, “Qəbələ”, “Zirə”, “Sumqayıt”, “Sabah” və “Keşlə” klublarının hər birinə 15 446.42 avro pul ayrılıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri