İyn
2020
15:36
30
49
599
Virtual karabakh

İndoneziyalı legionerimiz bu il Avropa çempionatında iştirak edə bilməyəcək - FOTO

Avropa Badminton Konfederasiyası və Ukrayna Badminton Federasiyası arasında aparılan müzakirələrdən sonra 2020-ci il Avropa çempionatının ləğv edilməsi barədə qərar qəbul edilib.

Oxu.Az xəbər verir ki, Avropanın ali badminton qurumu COVID-19 pandemiyası səbəbindən bir çox ölkələrdə tətbiq edilən karantin rejiminə görə təxirə salınan turnirlərin 2020-ci il ərzində keçirilməsini mümkünsüz hesab edir.

Qurumun rəsmi saytında bildirilir ki, ilk dəfə Ukraynada keçirilməli olan Avropa çempionatının ləğvi barədə qərar təşkilatçıları və bu ölkəyə səfər etməyi planlaşdıran idmançı və azarkeşləri məyus etməməlidir. Artıq növbəti il keçiriləcək Avropa çempionatının yeni vaxtı açıqlanıb və bu dəfə də ev sahibliyi hüququ Ukrayna Badminton Federasiyasına həvalə olunub.

Beləliklə, 2021-ci ilin 27 aprel – 2 may tarixlərində keçiriləcək Avropa çempionatı paytaxt Kiyevdə təşkil olunacaq. Ötən həftə Ümumdünya Badminton Federasiyasının elan etdiyi kimi, 2021-ci il Avropa çempionatı sonuncu olimpiya təsnifat turniri olacaq. Bu səbəbdən qitənin ən yaxşı badmintonçuları Kiyevdə lisenziya xallarını tamamlamaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, sözügedən qitə birinciliyi bu il 21-26 apreldə keçirilməli olsa da, koronavirus pandemiyasına görə martın 20-də təxirə salınıb. Bu yarışda indoneziyalı legionerimiz Ade Reski Dviçahyo da mübarizə aparmalı idi.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri