İyn
2020
17:09
139
65
2167
Virtual karabakh

Şəhriyar Abbasovdan yetirməsinə dəstək: “Rusiyalı döyüşçü Nərimana rəqib ola bilməz”

“Yetirməm Nəriman Abbasovun döyüşündəki rəqibi olduğu kimi qalır. Onun çempionluq kəmərini müdafiəsi üçün döyüşdəki rəqibi sentyabrın 25-də Mixail Qoqitidze olacaq”.

Bunu Oxu.Az-a MMA üzrə azərbaycanlı döyüşçü Nəriman Abbasovun şəxsi məşqçisi Şəhriyar Abbasov deyib.

Şəhriyar Abbasov sosial şəbəkələr vasitəsilə rusiyalı döyüşçü Marif Pirayevin yetirməsinə döyüş təklif etməsinə münasibət bildirib:

“Marif Pirayev Nərimana rəqib ola bilməz. Çünki onun peşəkar MMA-da sonuncu döyüşü məğlubiyyətlə başa çatıb (ötən ilin noyabrın 30-da Vladivostokda Honq Konqu (Çin) təmsil edən Rodriqo Kaporala uduzub - red.). O, məğlubiyyəti bağlamaq üçün 70 kq-da “Fight Nights”da vuruşmalıdır. Qalib gəlsə, bundan sonra Nərimana rəqib ola bilər. Hələ ki, Marif Nəriman səviyyəsində deyil. Onun hər şey istəyi ilə olmur”.

Qeyd edək ki, “Piranya” ləqəbli Marif Pirayev 2018-ci ilin mayın 4-də “Rizin” Qran Pri kəmərinin azərbaycanlı sahibi Tofiq Musayevə Bakı Olimpiya Stadionundakı döyüşdə məğlub olub. Bu, 27 yaşlı Marifin peşəkar MMA karyerasında aldığı üç yenilgidən biridir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri