23 
İyn
2020
16:50
123
48
3213
Virtual karabakh

Karantinə görə Azərbaycanı tərk edə bilməyən tunisli idmançıların adları bilindi - FOTO

23 İyn, 2020
16:50
3213

Karantinə görə Azərbaycanı tərk edə bilməyən tunisli idmançıların adları bilindi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Karantinə görə Azərbaycanı tərk edə bilməyən Tunis millisinin ağırlıqqaldırma üzrə millisinin dörd üzvünün adı bilinib.

Oxu.Az-ın xəbərinə görə, bunlardan ikisi kişi, ikisi qadın idmançıdır.

Onlar Kərim Ben Hnia (-73 kq), Aymen Başa (-109 kq), Nuha Landulsi (-55 kq) və Şaima Rahmunidir (-64 kq). Dörd idmançı misirli baş məşqçi Xalid Koraninin rəhbərliyi altında martın 4-dən Azərbaycanda qalıb.

Mavrikidə keçiriləcək Afrika çempionatı üçün Bakıda bir aylıq hazırlıq keçən ağır atletlər sərhədlər bağlanandan, Azərbaycanı tərk edə bilməyiblər. Tunis hökuməti isə bunun üçün Azərbaycana xüsusi təyyarə göndərməyib.

Qeyd edək ki, onlar hazırda Xırdalan şəhərində kottecdə qalırlar.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri