Sen
2020
21:55
443
324
12910
Virtual karabakh

Azərbaycan yığması Millətlər Liqasına məğlubiyyətlə başladı - YENİLƏNİB

5 Sen, 2020
21:55
12910

Azərbaycan yığması Millətlər Liqasına məğlubiyyətlə başladı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan - Lüksemburq görüşü başa çatıb. 

Oxu.Az xəbər verir ki, millimiz oyundan məğlub ayrılıb. 

Qarşılaşmanın 43-cü dəqiqəsində Ramil Şeydayev yığmamızı hesabda önə keçirsə də, ikinci hissədə iki qol vuran qonaqlar yekunda meydandan 3 xalla ayrılıblar.

Millətlər Liqası

C liqası, 1-ci qrup

I tur, 5 sentyabr

Azərbaycan – Lüksemburq - 1:2

Qollar: Ramil Şeydayev, 43 - Anton Krivotsyuk, 48 (avtoqol), Gerson Rodriges, 72

 

21:34

Azərbaycan - Lüksemburq görüşündə rəqib ikinci qolu vurub. 

Qarşılaşmanın 67-ci dəqiqəsində əvəzetmədən meydana daxil olan Adil Nağıyev beş dəqiqə sonra əllə oynayaraq rəqibə penalti qazandırıb. 

Cerson Rodrigez dəqiq zərbə ilə rəqibi hesabda önə çıxarıb. 

21:10

Azərbaycan - Lüksemburq görüşünün ikinci hissəsində rəqib hesabı bərabərləşdirib. 

48-ci dəqiqədə Anton Krivotsyuk avtoqolla komandamızı məyus edib. 

20:49

Azərbaycan - Lüksemburq görüşünün 43-cü dəqiqəsində hesab açılıb. 

Namiq Ələsgərovun sağ cinahdan ötürməsini Ramil Şeydayev başla qapıdan keçirdi. 

Millimiz ilk hissəni öndə bitirdi.

20:33

Azərbaycan - Lüksemburq görüşünün 25-ci dəqiqəsində millimiz azlıqda qalıb. 

Mahir Emreli rəqib oyunçunu vurduğu üçün qırmızı vərəqə ilə cəzalandırılıb. 

Oyunda ilk hissə gedir, hesab açılmayıb. 

20:05

UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunda Azərbaycan - Lüksemburq görüşü start götürüb. 

Millətlər Liqası

C liqası, 1-ci qrup

I tur, 5 sentyabr

Azərbaycan – Lüksemburq - 0:0

 

19:09

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxacaq.

Oxu.Az xəbər verir ki, Millətlər Liqasının yeni mövsümü çərçivəsində baş tutacaq ilk qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.

C liqasının 1-ci qrupunda mübarizə aparacaq komandamız ilk oyunun da Lüksemburqla görüşəcək.

Sözügedən qarşılaşma həmçinin italiyalı baş məşqçi Canni de Byazinin debütü ilə əlamətdar olacaq.

Qeyd edək ki, millimiz ikinci oyununu sentyabrın 8-də səfərdə Kiprə qarşı keçirəcək.

Millətlər Liqası

C liqası, 1-ci qrup

I tur, 5 sentyabr

20:00. Azərbaycan – Lüksemburq

Azərbaycan: 1. Emil Balayev, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk, 2. Qara Qarayev, 16. Elvin Camalov, 19. Təmkin Xəlilzadə, 6. Namiq Ələsgərov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədliyev, 23. Mehdi Cənnətov, 13. Abbas Hüseynov, 14. Adil Nağıyev, 21. Amin Seydiyev, 3. Coşqun Diniyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. İsmayıl İbrahimli, 22. Rəhim Sadıxov, 9. Renat Dadaşov

Lüksemburq: 1. Anthoni Moris, 5. Vahid Selimoviç, 7. Lars Gerson, 8. Kristofer Martins, 10. Gerson Rodriges, 11. Vinsen Till, 13. Dirk Karlson, 15. Olivye Till, 16. Leandro Barreyro, 18. Laoren Yans, 21. Mauritse Devill

Ehtiyat oyunçular: 12. Ralf Şon, 23. Tim Kips, 2. Enes Mahmutoviç, 3. Tim Holl, 4. Kevin Malget, 19. Marvin Martens, Yarımmüdafiəçilər, 6. Florian Bohnert, 9. Danel Sinani, 22. Aldin Skenderoviç, 11. Stefano Bensi, 17. Alessio Kurçi, 20. Edvin Muratoviç

Hakimlər: Kristofer Kavanaq, Daniel Riçard Kuk, Sian Massi-Ellis, Pol Terni (hamısı İngiltərə)

Bakı Olimpiya Stadionu

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri