13 
Sen
2020
15:47
52
98
5419
Virtual karabakh

“Neftçi”də yeni məşqçi

13 Sen, 2020
15:47
5419

“Neftçi”də yeni məşqçi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Neftçi”nin əvəzedicilərdən ibarət komandasının məşqçilər korpusuna yeni təyinat olub.

Elşən Poladov bundan sonra sözügedən komandada qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

40 yaşlı mütəxəssislə bir il müddətinə müqavilə bağlanıb.

Qeyd edək ki, Poladov “Xəzər” (Sumqayıt), “Kimyaçı” (Sumqayıt), OİK (Bakı), “Şəfa” (Bakı), “Dinamo” (Bakı), “Bakı”, “Turan” (Tovuz), “Şəmkir”, “Olimpik” (Bakı), “Kəpəz” (Gəncə), “İnter” (Bakı) klublarında oynayıb.

“Bakı” və “İnter”lə Azərbaycan çempionu, “Şəfa” və “Bakı” ilə ölkə kubokunun qalibi olub. 2017-ci ildə futbolçu karyerasını bitirəndən sonra məşqçiliyə başlayıb. “Sumqayıt”ın U-16 və U-17 komandalarında çalışıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri