21 
Sen
2020
14:03
63
55
3463
Virtual karabakh

Nazirlikdən Bakıda baş tutması problemə çevrilmiş yarışla bağlı RƏSMİ AÇIQLAMA

21 Sen, 2020
14:03
3463

Nazirlikdən Bakıda baş tutması problemə çevrilmiş yarışla bağlı RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, dünən Bakıda baş tutmalı olan IFL (International Fighting League) MMA turniri təxirə salınıb.

Səbəb Gənclər və İdman Nazirliyinin bu yarışı keçirməyə icazə verməməsidir. Artıq tərəflər arasında razılıq əldə olunub.

Məsələ ilə bağlı Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova danışıb:

“Təşkilatçılar bu yarışı nazirliyin Əsasnaməsi olmadan keçirirdilər. Azərbaycanda istənilən idman yarışı nazirliyin Əsasnaməsi əsasında təşkil olunmalıdır. Çünki yarışlara icazəni Gənclər və İdman Nazirliyi verir. Bu yarış isə icazəsiz keçirilirdi.

Bəzi qurumlar da (Azad Əsgərovun rəhbəri olduğu Pankration, Qrapplinq və MMA Federasiyası da bura daxildir – S.M.) bu məsələyə qarışdı ki, bu yarışın keçirilməsi nə dərəcədə doğrudur?! Bu məsələ biz tərəfindən araşdırıldı və icazəsiz keçirildiyi müəyyən oldu. Ona görə də yarış dünən keçirilmədi.

Artıq təşkilatçılar (qurumun prezidenti Heydər Məmmədəliyev nəzərdə tutulur – S.M.) nazirliyə dəvət olunub, onlarla danışılıb və turnirin nazirliyin Əsasnaməsi əsasında keçirilməsi barədə razılıq əldə olunub. Turnir bugünlərdə açıq hava şəraitində dövlətin qoyduğu karantin qaydalarına riayət olunmaqla keçiriləcək”.

Qeyd edək ki, turnirin çəkiölçmə mərasimi və mətbuat konfransı 19 sentyabrda baş tutub.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri