21 
Sen
2020
10:13
121
27
1546
Virtual karabakh

Azərbaycanda peşəkar MMA turniri təxirə salındı - ÖZƏL

Azərbaycanda keçirilməli olan MMA üzrə ilk IFL (International Fighting League) turnirinin keçirilməsində problem yaranıb.

Oxu.Az-a daxil olan məlumata görə, Gənclər və İdman Nazirliyi və Azərbaycan Pankration, Qrapplinq və MMA Federasiyası yarışın keçirilməsinə icazə verməyib.

Ona görə də dünən açıq havada baş tutmalı olan döyüş keçirilməyib. Əldə etdiyimiz məlumata görə, artıq nazirliklə məsələ həll olunub və həmin döyüş bu gün saat 17:00-da baş tutacaq.

Qeyd edək ki, karantin qaydalarının pozulmasının qarşısının alınması üçün təşkilatçılar turnirin keçirilmə məkanını gizli saxlayırlar. Onlar bu yolla tamaşaçıların yarış yerinə axışmasının qarşısını almaq istəyirlər.

Məsələni diqqətdə saxlayacağıq...

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri