İngiltərənin "Çelsi" klubu "Palmeyras"ın 17 yaşlı hücumçusu üçün artıq 75 milyon avrosundan keçməyə hazırdır.
Məlumata görə, "zadəganlar" daha öncə Uillian Esteva üçün 57 milyon avro təklif göndərsələr də, Braziliya klubu bunu qəbul etməyib və qiyməti artırıb.
Futbolçunun transferini gerçəkləşdirməkdə israrlı olan "Çelsi" indi 75 milyon avro ödəməyə razılaşıb.
Qeyd edək ki, Esteva bu mövsüm "Çelsi" forması ilə çıxdığı 21 oyunda yeddi qol, üç məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Skysports.com
Rəylər