18 
Fev
2021
14:28
215
16
2348
Virtual karabakh

Azərbaycanda qar futbol matçlarını təxirə saldı

18 Fev, 2021
14:28
2348

Azərbaycanda qar futbol matçlarını təxirə saldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan çempionatının I divizionunda iki oyun təxirə salınıb.

XIII turunun qarşılaşmalarının təxirə salınmasına güclü qar səbəb olub.

Dünən start götürən, lakin yarımçıq dayandırılmış “Turan Tovuz” – “Sumqayıt-2” görüşü görülən bütün tədbirlərə baxmayaraq, qar yağması davam etdiyinə görə təxirə salınıb.

Həmçinin bu gün keçirilməli olan “Kəpəz” – “Qaradağ Lökbatan” qarşılaşması da analoji hava şəraiti ilə əlaqədar baş tutmayacaq. Görüşlərin yeni vaxtı barədə Peşəkar Futbol Liqası qərar verəcək.

Qeyd edək ki, “Turan Tovuz” – “Sumqayıt-2” oyunu dayandırıldığı vaxtdan - 51-ci dəqiqədən etibarən keçiriləcək.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri