Apr
2021
23:39
200
55
3043
Virtual karabakh

“Qarabağ” “Neftçi”ni geridə qoyaraq vahid lider oldu - VİDEO

4 Apr, 2021
23:39
3043

“Qarabağ” “Neftçi”ni geridə qoyaraq vahid lider oldu - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

Turun sonuncu oyununda son çempion "Qarabağ" klubu “Keşlə"nin qonağı olub. "ASK Arena"dakı qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

"Keşlə"nin heyətində yeganə qolu 7-ci dəqiqədə Rəhman Hacıyev vurub. Oyunun 90+2-ci dəqiqəsində isə Patrik Andrade penaltidən hesabı bərabərləşdirib.

Xallarının sayını 18-ə çatdıran meydan sahibləri 8-ci pillədə qalıb. "Qarabağ" isə 43 xalını qazanaraq "Neftçi"ni bir xal keçib və vahid lider olub.

Qeyd edək ki, günün digər matçlarında "Sumqayıt" səfərdə "Neftçi"ni 2:0, "Sabah" isə evdə "Qəbələ"ni 1:0 hesabı ilə üstələyib. Dünən baş tutmuş "Səbail" - "Zirə" oyununda hesab açılmayıb.

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri