Apr
2021
11:24
110
6
1582
Virtual karabakh

Nicat Şıxəlizadə: “Bizim aramızda sonadək mübarizə gedəcək”

5 Apr, 2021
11:24
1582

Nicat Şıxəlizadə: “Bizim aramızda sonadək mübarizə gedəcək”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İştirak ərizəsində adım olmasa da, bu ay Portuqaliyada keçiriləcək Avropa çempionatında iştirakım dəqiqdir. Yəqin ki adım iştirak ərizəsinə daxil ediləcək”.

Bunu Oxu.Az-a cüdoçu Nicat Şıxəlizadə deyib.

32 yaşlı idmançımız aprelin 1-də Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” yarışında bürünc medal qazandı. O bu performansını Lissabondakı yarışda da davam etdirmək niyyətində olduğunu bildirib:

“Düzdür, Avropa çempionatında Yaponiyadan olan idmançılar iştirak etmir. Amma bu o demək deyil ki, işimiz orada asan olacaq. Çünki bu yarış qitə çempionatıdır. Burada hamı qələbə qazanmaq istəyir. Olimpiada qabağı mötəbər iki yarışdan biridir. Ümid edirəm ki, yaxşı nəticə qazanacağıq.

Bu yarış da Olimpiadaya lisenziya xalları verir. Düzdür, “Böyük Dəbilqə”dəki kimi çox verməsə də, Avropa çempionatında 700 xal verir. Yarışa Sumqayıtda hazırlaşacağıq”.

O, Olimpiadaya lisenziya qazanmaq baxımından çəkisindəki azərbaycanlı rəqibi Orxan Səfərovla mübarizəsindən də danışıb:

“Son reytinq sıralamasında Orxan 21-ci, mən 25-ciyəm. Bürünc medal qazandım, mənə əlavə xallar veriləcək. Hələ ki reytinqdə son yarışın xalları əlavə olunmayıb. Əlavədən sonra reytinqdə onu keçib-keçmədiyim bilinəcək. Bu Avropa çempionatından da çox şey asılı olacaq. Bizim aramızda Olimpiadaya lisenziya qazanmaq üçün sonadək mübarizə gedəcək”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri