17 
May
2021
18:32
342
15
2918
Virtual karabakh

Azərbaycanlı Olimpiya mükafatçısı Rusiyada ən ədalətli hakim seçildi - FOTO

17 May, 2021
18:32
2918

Azərbaycanlı Olimpiya mükafatçısı Rusiyada ən ədalətli hakim seçildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, 11-15 may tarixlərində Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqı qəhrəmanı Konstantin Korotkovun xatirəsinə həsr olunmuş boks üzrə 12-ci beynəlxalq turnir keçirilib.

Oxu.Az xəbər verir ki, bu yarışda Azərbaycan millisinin dörd boksçusu ilə yanaşı, Fuad Aslanov da hakimlik edib.

2004-cü ildə Afina Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Fuad Aslanovun idarəçiliyi təşkilatçılar tərəfindən qiymətləndirilib. Belə ki, o, Uzaq Şərq Federal Dairəsində Rusiya Boks Federasiyasının Direksiya rəhbəri Yevgeni Timofeyev tərəfindən yarışın ən yaxşı hakimi kimi sənəd və kubok ilə təltif olunub. Həmçinin, Xabarovsk Diyarı Boks Federasiyasının prezidenti Valeri Lebeda ona təşəkkürnamə verib.

Qeyd edək ki, Fuad Aslanov həm də Sumqayıtda “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Şahmat Məktəbinin rəhbəridir.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri