İyn
2021
12:42
164
29
2132
Virtual karabakh

Fransanı təmsil edən azərbaycanlı lisenziya turnirinin qalibi oldu - FOTO/VİDEO

9 İyn, 2021
12:42
2132

Fransanı təmsil edən azərbaycanlı lisenziya turnirinin qalibi oldu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev Parisdə keçirilən Avropa Olimpiya təsnifat turnirinin qalibi olub.

Oxu.Az-ın xəbərinə görə, əslən Bərdədən olan idmançı finalda Böyük Britaniyadan olan Freyzer Klarka qalib gələrək qızıl medal qazanıb.

Beləliklə, +91 kq çəki dərəcəsində ringə iki azərbaycanlı idmançı çıxıb. Bu çəkidə bürünc medallardan birinin sahibi Azərbaycanı təmsil edən Məhəmməd Abdullayev olub. O, yarımfinalda Muradla görüşməli olsa da, başından zədəli olduğu üçün rinqə çıxmayıb.

Qeyd edək ki, hər iki boksçu bu yarışda yarımfinala çıxmaqla Tokio Olimpiadasına lisenziya qazanıb. Fransa indiyədək altı, Azərbaycan isə beş lisenziya əldə edə bilib.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri