30 
Okt
2021
14:30
661
27
18508
Virtual karabakh

Azərbaycanlı “Tank” 12 döyüşdə uduzmayan rəqibini 45 saniyəyə məğlub etdi - FOTO/VİDEO

30 Okt, 2021
14:30
18508

Azərbaycanlı “Tank” 12 döyüşdə uduzmayan rəqibini 45 saniyəyə məğlub etdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tank” ləqəbli azərbaycanlı MMA idmançısı Tahir Abdullayev növbəti qələbəsini qazanıb.

Oxu.Az-ın xəbərinə görə, o, BƏƏ-nin paytaxtı Əbu Dabidə keçirilən “UAE Warriors-24” turnirində Polşadan olan Daniel Skibinski ilə qarşılaşıb.

Tahir 12 döyüşdür ki, rəqiblərinə qalib gələn polyak idmançını 45 saniyəyə yerə yıxıb. Bundan sonra hakim “Ciu Citsu Arena”da keçirilən görüşü idmançımızın xeyrinə saxlamalı olub. Bununla da Daniel Skibinski karyerasında 6-cı məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, bu, 24 yaşlı Tahir Abdullayevin ümumilikdə 12-ci, ardıcıl 5-ci qələbəsi olub. O, karyerasında cəmi 1 dəfə məğlub olub.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by UAE Warriors (@uae_warriors)

 
 
Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri